Dövlət Gömrük Komitəsində İran nümayəndə heyətilə görüş keçirilib (FOTO)

0 4

Bakı. Trend:

İyunun 21-də Dövlət Gömrük Komitəsində İran İslam Respublikası
Hüquq Mühafizə Qüvvələrinin Komandanlığının Narkotiklərlə Mübarizə
Polisinin nümayəndələrilə görüş keçirilib.

Komitədən Trend-ə bildirilib ki, görüşdə Dövlət Gömrük Komitəsi
sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov,
Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti
general-mayoru Məsum Rəsulov və İran İslam Respublikası Hüquq
Mühafizə Qüvvələrinin Komandanlığının Narkotiklərlə Mübarizə
Polisinin rəisi Məcid Kəriminin rəhbərlik etdiyi nümayəndə heyəti
iştirak edib.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov gömrük
orqanlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə
sahəsində faəliyyətindən bəhs edib və bu istiqamətdə regional və
beynəlxalq əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd
olunub ki, Azərbaycan Şərqdən Qərbə daşınan narkotik vasitələrin
marşrutu üzərində yerləşir və qaçaqmalçılar ölkəmizdən əsasən
tranzit məqsədilə istifadə edirlər.

Cavad Qasımov narkotik vasitələrin qanunsuz dövriyyəsinin
qarşısının alınması məqsədilə əməkdaşların potensialının
gücləndirilməsi, kinoloji xidmətin keyfiyyətinin artırılması
istiqamətində mühüm addımlar atıldığını, gömrük-sərhəd keçid
məntəqələrinin ən müasit texniki nəzarət vasitələri, rentgen
qurğuları ilə təchiz olunduğunu diqqətə çatdırıb. O da qeyd olunub
ki, həyata keçirilən məqsədyönlü fəaliyyət nəticəsində son illər bu
sahədə mühüm nailiyyətlər əldə olunub.

İran İslam Respublikası Hüquq Mühafizə Qüvvələrinin
Komandanlığının Narkotiklərlə Mübarizə Polisinin rəisi Məcid Kərimi
təmsil etdiyi qurumun fəaliyyətindən, ölkəsində narkotik
vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində
görülən işlərdən danışıb. Məcid Kərimi bu sahədə səmrəli
fəaliyyətin həyata keçirilməsi üçün birgə səylərin artırılması,
qarşılıqlı məlumat və təcrübə mübadiləsinin önəmini vurğulayıb.

Sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.

Görüş başa çatdıqdan sonra isə nümayəndə heyəti Dövlət Gömrük
Komitəsinin Kinoloji Mərkəzini ziyarət edib və qurumun fəaliyyəti
ilə tanış olub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr
İdarəsi

Leave A Reply

Your email address will not be published.