Dövlət Xidməti qədim hamamla bağlı görüntülərə aydınlıq gətirdi (FOTO)

0 2

Bakı. Trend:

Sosial şəbəkələrdə yayılan görüntülərdə Sabunçu rayonunun
Kürdəxanı kəndində XVII əsrə aid hamamın ətrafının məişət
tullantıları ilə çirkləndiyi görüntüləri yayılıb.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin
Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və
İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova
Trend-ə bildirib ki, abidə mühafizəçiləri
hamamın ətrafının təmizliyinin qorunmasına daim nəzarət edir.

«Bir gün ərzində əraziyə baxılmasa, vəziyyət belə olur. Hər
abidənin önündə abidə mühafizəçisi dayanıb keşik çəkməlidir deyə
bir qayda yoxdur. Abidə mühafizəçiləri ərazi üzrə bir neçə abidəyə
nəzarət edir. Dünyanın heç bir ölkəsində abidələrin hamısını hasara
alıb, günlük mühafizə təşkil etmirlər. Belə hallara əhali də
məsuliyyətli yanaşmalıdırlar. Bu abidələr tək dövlətin deyil, hər
kəsindir. Ona görə də abidələri qorumaq hər kəsin borcudur», — deyə
N.Allahyarova bildirib.

Leave A Reply

Your email address will not be published.