Bakı. Trend:
Dünyada artıq 100 milyon insan məcburi köçkün hesab olunur.
Trend-in
məlumatına görə, bu barədə BMT-nin baş katibi Antonio Quttereş
bildirib.
“Məcburi köçkünlərin ümumi sayı 100 milyona çatdı – bu bizim
dövrümüzün acı bir sübutudur”, – deyə A.Quterreş Ümumdünya
Qaçqınlar Günü ilə bağlı açıqlamasında bildirib.
Baş katib xatırladıb ki, BMT-nin fikrincə, Ukraynadakı vəziyyət
“İkinci Dünya Müharibəsindən sonra Avropada insanların ən böyük və
ən sürətli köçməsinə səbəb olub”.