Ekvadorda hökumət əleyhinə etirazlar zamanı bir nəfər ölüb

0 2

Bakı. Trend:

Ekvadorda hökumət əleyhinə nümayişçilərdən ən azı bir nəfər
ölüb.

Trend-in
məlumatına görə, bu barədə «Premsa Latina» agentliyi xəbər
verib.

Məlumata əsasən, ölüm hadisəsi ölkənin paytaxtı Kito şəhərinin
şimalın hissəsində baş verib.

Bir qrup etirazçının dərəyə yıxıldığı, 3 nəfərin ağır
yaralandığı bildirilb.

Polisdən verilən məlumata görə, etirazçılarla toqquşma zamanı
60-dan çox hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

İğtişaşların təşəbbüskarı Ekvadorun Yerli Xalqları
Konfederasiyası olub. Onlar benzinin qiymətinin aşağı salınmasını
və cinayətkarlığın artması fonunda vətəndaşların təhlükəsizliyini
təmin etməyi tələb edirlər.

Leave A Reply

Your email address will not be published.