Fikrət Sideifzadə: Dünya çempionatında iştirak etmək hər zaman xoşdur

0 6

Bakı, 21 iyun, AZƏRTAC

Şahmat üzrə veteranların yarışında ilk dəfə iştirak etdim. Uzun illərdən sonra yenidən şahmat oynamaq o qədər asan olmasa da, ötən illər ərzində məşqçiliklə məşğul olduğum üçün çempionatda ciddi çətinliklə üzləşmədim. Hərçənd ki, kifayət qədər çətin partiyalar oldu. Lütfiyar Rüstəmov, Asəf Abdullayev çox yaxşı mübarizə apardılar. Yeganə xanım iştirakçımız Elmira Əliyeva dördüncü yeri tutmaqla yaxşı formada olduğunu göstərdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Şahmat Federasiyasının saytına müsahibəsində veteran şahmatçılar arasında Azərbaycan çempionu, tanınmış məşqçi Fikrət Sideifzadə bildirib.

Noyabrda İtaliyada FIDE tərəfindən təşkil olunacaq dünya çempionatında iştirak edəcəyini bildirən F.Sideifzadə yarışda çox maraqlı və gərgin mübarizə gözlədiyini bildirib: “Böyük fasilədən sonra yenidən qələbə uğrunda yarışmalıyıq. Dünya çempionatında iştirak etmək hər zaman xoşdur. Düşünürəm, bir qədər hazırlaşmağım yaxşı olardı. Bu mötəbər yarışla bağlı proqnoz vermək düzgün olmaz”.

Qeyd edək ki, Beynəlxalq usta və SSSR-i İdman ustası olan Fikrət Sideifzadə altı dəfə Azərbaycan çempionu olub. 1992-ci ildən isə məşqçilik fəaliyyətinə başlayıb. “Əməkdar məşqçi” və “Fəxri bədən tərbiyəsi və idman işçisi” fəxri adlarına layiq görülüb.

AZERTAG.AZ :Fikrət Sideifzadə: Dünya çempionatında iştirak etmək hər zaman xoşdur

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Leave A Reply

Your email address will not be published.