Fuad Muradov İsrail Knessetində görüşlər keçirib

0 7

Bakı. Trend:

İsraildə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri
Fuad Muradov bu ölkənin bir sıra rəsmi şəxsləri ilə görüşləri
keçirib.

Komitədən Trend-ə verilən
məlumata görə, İsrail Knessetində baş tutan görüşlərdə İsrailin
maliyyə naziri Aviqdor Liberman, kənd təsərrüfatı və kənd
yerlərinin inkişafı naziri Oded Forer, Yerusəlim işləri və irsi
üzrə, eləcə də mənzil və tikinti üzrə nazir Elkin Zeev, Elina
Bordaç Yalovanın rəhbərlik etdiyi İsrail-Azərbaycan
parlamentlərarası dostluq qrupunun üzvləri, “İsrail Bizim Evimiz”
partiyasının baş direktoru İnna Zilberqerts, Akko şəhər merinin
birinci müavini, Yəhudi Milli Fondunun törəmə təşkilatı olan
“Neimanuta” şirkətinin rəhbəri Zeev Noymann iştirak ediblər.

Görüşlərdə Azərbaycan diasporunun İsraildə fəaliyyəti,
Azərbaycan-İsrail əməkdaşlığı, Qarabağın bərpa-quruculuq prosesinə
investisiyaların cəlb olunması üçün səylər və imkanlar, gələcək
layihələr müzakirə olunub. Ölkəmizdən köçmüş yəhudilərin
Azərbaycanla bağlı xoş təəssüratlarının İsraildə vətənimizin
multikultural və tolerantlıq dəyərləri haqqında çox müsbət rəy
yaratdığı diqqətə çatdırılıb.

Leave A Reply

Your email address will not be published.