Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilir (FOTO)

0 2

Bakı. Trend:

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi
2022-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Dəniz
Qüvvələrində (HDQ) taktiki təlim keçirilir.

Müdafiə Nazirliyindən Trend
verilən məlumata görə, gəmilərin baza məntəqəsindən çıxışından
qabaq keçirilən brifinqdə Hərbi Dəniz Qüvvələrin komandanı
kontr-admiral Sübhan Bəkirov təlimin gedişatı və icra olunacaq
fəaliyyətlər haqqında məruzələri dinləyib.

Bildirilib ki, təlimin əsas məqsədi müxtəlif şəraitlərdə gəmi
taktiki qruplarının təyinatı üzrə tapşırıqların icrası zamanı
xüsusi təyinatlı qruplar ilə birgə fəaliyyətin işlənilməsi, döyüş
fəaliyyətlərinin təşkili, qüvvələrin döyüşdə idarə olunması üzrə
komandirlərin və qərargahların bacarıqlarının
təkmilləşdirilməsidir.

Qeyd edək ki, taktiki təlimə HDQ-nin 30-dan çox gəmi və kateri,
həmçinin 1500 nəfərədək şəxsi heyət cəlb olunub.

Təlimdə Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus
sektorunda HDQ-nin bölmələri tərəfindən enerji infrastrukturlarının
mühafizəsi və müdafiəsi məqsədilə döyüş tapşırıqlarının icrası üzrə
fəaliyyətlər praktiki yerinə yetiriləcək.

Leave A Reply

Your email address will not be published.