Hazırda bu küçələrdə sıxlıq var – Siyahı

0 3

Bakı. Trend:

Paytaxtda hazırda avtomobillərin hərəkətində sıxlıq müşahidə
edilən küçə və prospektlərin adları açqlanıb.

Daxili İşlər Nazirliyinin İntellektual İdarəetmə Mərkəzindən
Trend-ə verilən məlumata görə,
həmin küçələr aşağıdakılardır:

1. Afiyəddin Cəlilov küçəsində, əsasən, Fəzayıl Bayramov küçəsi
ilə kəsişmədən, Cavanşir körpüsünün üzəri istiqamətində sıxlıq

2. Üzeyir Hacıbəyli küçəsində Cavanşir körpüsünün üzərindən,
Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər olan hissəsində
sıxlıq

3. Alı Mustafayev küçəsində – əsas yolda, Ziya Bünyadov
prospekti istiqamətində nisbətən sıxlıq

4. Ziya Bünyadov prospektində, Müzəffər Nərimanov küçəsi ilə
kəsişmədən başlayaraq, Bakı Polad Zavodunun qarşısı – əsas və kənar
yol da daxil olmaqla, DİN Hospitalın qarşısına qədər olan hissəyə
qədər – əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq

5. Koroğlu Rəhimov küçəsinin Fətəli xan Xoyski prospekti ilə
kəsişməyə qədər olan hissəsinə qədər, Akademik Həsən Əliyev küçəsi
istiqamətində sıxlıq

6. Akademik Həsən Əliyev küçəsinin, 1 saylı Bakı “ASAN xidmət”
mərkəzinin qarşısı da daxil olmaqla Cəlil Məmmədquluzadə küçəsi ilə
kəsişməsindən, Xan Şuşinski küçəsi ilə kəsişməsinə qədər olan
hissəsində, Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq

7. 28 May küçəsinin Azadlıq prospekti ilə kəsişməsindən, Rəşid
Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq

8. Tbilisi prospektində Heydər Əliyev adına İdman Sarayını
keçdikdən sonra, Azər Əliyev küçəsi ilə kəsişməyə qədər, 20 Yanvar
dairəsi istiqamətində sıxlıq

9. Abbasqulu ağa Bakıxanov küçəsində, Zivər bəy Əhmədbəyov
küçəsi ilə kəsişmədən, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməyə
qədər, Türkiyə səfirliyi istiqamətində sıxlıq

10. Gülarə Qədirbəyova küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən
yol boyunca, Xətai prospeki istiqamətində sıxlıq müşahidə
olunur.

Leave A Reply

Your email address will not be published.