Bakı. Trend:
Hindistanın Azərbaycandakı səfirliyində Beynəlxalq Yoqa Günü
çərçivəsində tədbir keçirilib.
Trend-in
məlumatına görə, Azərbaycanda Beynəlxalq Yoqa Günü çərçivəsində
tədbirlər səkkizinci dəfə keçirilir.
Hindistan səfiri Bavitlunq Vanlalvavna iştirakçılara təşəkkürünü
bildirib.
«Yoqanın vaxt keçdikcə bütün dünyada, o cümlədən, Azərbaycanda
daha da populyarlaşmasını görmək xoşdur. Ümid edirəm ki,
Azərbaycanda bu tendensiya davam edəcək», — deyə səfir
bildirib.
O vurğulayıb ki, Beynəlxalq Yoqa Günü çərçivəsində səfirlik
tərəfindən bütün Azərbaycanda yoqa sessiyaları təşkil olunur, bu
cür sessiyalardan biri artıq Lənkəranda baş tutub.
(Tərcümə: Orxan Nəbiyev)