Hökumətin Kəlbəcər və Zəngilandakı qızıl yataqlarına dair sazişlə bağlı yeni öhdəlikləri təsdiqlənib

0 6

Bakı. Trend:

Nazirlər Kabineti “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı,
Ağyurd, Şəkərdərə, Kələki) Söyüdlü, Qızılbulaq və Vejnəli
perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və
hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının
“Azərqızıl” Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC
ABŞ arasında bağlanmış Sazişdə Dəyişiklik” sənədindən irəli.gələn
bir sıra məsələlər barədə” qərar verib.

Trend-in xəbərinə görə, Nazirlər Kabineti “Gədəbəy, Qoşa,
Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki) Söyüdlü,
Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının
kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan
Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. İnvestment
Group Services, LLC ABŞ arasında 20 avqust 1997-ci ildə bağlanmış
Sazişdə Dəyişiklik” sənədini imzalamaq səlahiyyətinin verilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 20 iyun
tarixli 3225 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. Investment Group
Services, LLC ABŞ arasında 2022-ci il 18 iyun tarixində Bakı
şəhərində imzalanmış “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı,
Ağyurd, Şəkərdərə, Kələki) Söyüdlü, Qızılbulaq və Vejnəli
perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və
hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının
“Azərqızıl” Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC
ABŞ arasında bağlanmış Sazişdə Dəyişiklik” sənədinə uyğun olaraq
belə qərar verib.

Nazirlər Kabineti “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı,
Ağyurd, Şəkərdərə, Kələki) Söyüdlü, Qızılbulaq və Vejnəli
perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və
hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının
“Azərqızıl” Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC
ABŞ arasında bağlanmış Sazişdə Dəyişiklik” sənədinin 3.1-ci
bəndində qeyd olunan “Azərbaycan Respublikası Hökumətinin təminatı
və öhdəlikləri” təsdiqləyib. Bununla əlaqədar “Azərbaycan
Respublikasının Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd,
Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli qızıl filiz
yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü
haqqında Sazişə Azərbaycan Respublikası Hökumətinin təminatı və
öhdəlikləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 23 yanvar tarixli qərarı ləğv edilib.

Leave A Reply

Your email address will not be published.