İranda Milli Bankı qarət edənlər saxlanılıb, onlardan 90 kq qızıl götürülüb

0 2

Bakı. Trend:

Tehranda Milli Bankın filialını qarət edən 10 nəfər ölkə
daxilində saxlanılıb.

Trend-in məlumatına görə, bunu Tehran polisinin rəisi general
Hüseyn Rəhimi jurnalistlərə açıqlamasında deyib. Bundan əlavə
İnterpol vasitəsi ilə 3 nəfər digər ölkələrdə saxlanılıb və yaxın
günlərdə İrana gətiriləcək.

Həmin şəxslərdən 90 kiloqramdan çox qızıl və zinət əşyaları
götürülüb.

H.Rəhiminin sözlərinə görə, qızıl və zinət əşyaları artıq İranın
Milli Bankına təhvil verilib və tezliklə öz sahiblərinə
qaytarılacaq.

Qeyd edək ki, iyunun 6-da İran Milli Bankının Tehran
Universiteti filialında 250 əmanət kassasından 162-i qarət
olunmuşdu.

Leave A Reply

Your email address will not be published.