İranın üç döyüş kateri ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərə yaxınlaşıb

0 8

Bakı. Trend:

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üç kateri ABŞ
Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərdən təhlükəli məsafəyə
yaxınlaşıb.

Trend-in məlumatına görə, bu barədə “The Washington Post” qəzeti
mənbəyə istinadən xəbər verib.

Bildirilib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin patrul gəmisi “USS
Sirocco” və sürətli nəqliyyat gəmisi “USNS Choctaw County” Fars
körfəzinin beynəlxalq sularında keçərkən üç İran kateri “Sirocco”ya
təhlükəli məsafədən yaxınlaşdı. Qeyd olunub ki, İran katerləri
“təhlükəli yüksək sürətlə” hərəkət edirdi.

Onlar yalnız “USS Sirocco” xəbərdarlıq etdikdən sonra istiqaməti
dəyişiblər. İran katerləri “USNS Choctaw County” gəmisinə də 46
metr yaxınlaşaraq amerikalıları xəbərdarlıq məşəli atmağa məcbur
etdi.

Qeyd olunub ki, insident bir saata yaxın davam edib, bundan
sonra İran gəmiləri ərazini tərk edib.

Leave A Reply

Your email address will not be published.