Bakı. Trend:
İsrail və ABŞ Yaxın Şərqdə hava hücumundan müdafiə alyansı
yaradıb.
Trend-in
məlumatına görə, bu barədə İsrailin müdafiə naziri Benni Qants
deyib.
Nazir bildirib ki, alyans İsrailə regionun digər ölkələri ilə
münasibətləri yaxşılaşdırmağa imkan verəcək. «Reuters» agentliyi
hesab edir ki, söhbət Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb
Əmirlikləri və Bəhreyndən, eləcə də Körfəz Əməkdaşlıq Şurasının
digər ölkələrindən gedir.