İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı danışıqlar davam etdiriləcək – İbrahim Kalın

0 5

Bakı. Trend:

Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı danışıqlar davam
edəcək və Madriddə keçiriləcək NATO sammiti bu baxımdan son nöqtə
deyil.

Trend-in
məlumatına görə, bu barədə Türkiyə prezidentinin mətbuat katibi
İbrahim Kalın NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirilən
brifinqdə deyib.

“Daha əvvəl bildirdiyimiz kimi, (Madriddəki) NATO sammiti bizim
üçün dönüş və ya yekun nöqtə deyil, ona görə də bu danışıqlar davam
edəcək. Bu barədə Finlandiya və İsveçdən olan həmsöhbətlərimizə
məlumat verdik”.

O qeyd edib ki, Türkiyə İsveçdən PKK terror qruplaşmasının
fəaliyyətinə qarşı konkret addımlar atmasını gözləyir. Eyni
zamanda, mətbuat katibi əlavə edib ki, İsveç hakimiyyəti artıq bu
istiqamətdə müəyyən bəyanatlar səsləndirib.

Türkiyə prezidentinin nümayəndəsi, həmçinin İsveç və
Finlandiyanı öz ərazilərində PKK üçün hər hansı vəsaitin
toplanması, terror təşkilatına yeni üzvlərin cəlb edilməsi, eləcə
də onun Türkiyə əleyhinə fəaliyyət və təbliğatının qarşısını almağa
çağırıb.

İ.Kalın Ankaranın Türkiyəyə qarşı birbaşa və ya dolayı silah
embarqosunun ləğvi ilə bağlı gözləntilərini də xatırladıb.

Leave A Reply

Your email address will not be published.