İsveçrədə Robert Valzerin Azərbaycan dilinə tərcümə olunmuş romanının təqdimatı keçirilib (FOTO)

0 3

Bakı. Trend:

İsveçrədə məşhur isveçrəli şair və nasir Robert Valzerin
Azərbaycan dilinə tərcümə olunmuş romanının təqdimatı
keçirilib.

Trend-in
məlumatına görə, bu barədə Azərbaycanın İsveçrədəki səfiri Fuad
İsgəndərov öz «Twitter» səhifəsində yazıb.

Onun sözlərinə görə, «Dələduz» romanının təqdimatı Robert Valzer
Mərkəzinin dəstəyi ilə baş tutub.

Mərkəzin rəhbəri Reto Sorq tədbirdə çıxışı zamanı müəllif və
onun yaradıcılığı barədə məlumat verib.

Təqdimatdan sonra kitabın nüsxələri Azərbaycanın İsveçrədəki
diasporunun nümayəndələrinə təhvil verilib.

(Tərcümə: Orxan Nəbiyev)

Leave A Reply

Your email address will not be published.