Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda elmi seminar keçirilib

0 5

Bakı, 21 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda növbəti elmi seminar keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

Seminarda institutun Fiziki-kimyəvi analiz şöbəsinin müdiri Vaqif Qasımovun “Qrafit, qrafen, mümkün modifikasiyalar və uyğun nanoborular” mövzusunda məruzəsi dinlənilib. V.Qasımov karbonun modifikasiyalarının quruluşları haqqında əyani vəsaitlər və təsvirlərdən danışıb, qrafen, qrafenin yeni modifikasiyaları haqqında beynəlxalq miqyasda aparılan tədqiqatların təhlil xarakterli analizini verib.

Məruzəçi, eyni zamanda, həndəsi kristalloqrafiya baxımından qrafenin yeni, əsaslandırılmış mümkün modifikasiyaları və uyğun nanoboruların əyani və sxematik təsvirlərini nümayiş etdirib.

Sonra müzakirələr aparılıb, AMEA-nın müxbir üzvü Eldar Zeynalov, laboratoriya rəhbəri, kimya elmləri doktoru Elza Salahova və digər alimlər fikirlərini söyləyiblər.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Leave A Reply

Your email address will not be published.