KOBİA və Özbəkistanın Ticarət və Sənaye Palatası arasında Memorandum imzalanıb (FOTO)

0 4

Bakı. Trend:

Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfəri çərçivəsində
Daşkənddə Özbəkistan – Azərbaycan biznes forumu keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Trend-ə verilən məlumata görə, tədbirdə
hər iki ölkədən dövlət rəsmiləri və iqtisadiyyatın müxtəlif
sahələrində fəaliyyət göstərən iş adamları iştirak ediblər.

Biznes forumdakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan
Məmmədov ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya
mühiti, Agentliyin fəaliyyəti barədə məlumat verib, Azərbaycanda
biznes qurmaq istəyən xarici iş adamlarına KOBİA tərəfindən
göstərilən dəstək və xidmətləri diqqətə çatdırıb.

Biznes forum çərçivəsində bir sıra sənədlər, o cümlədən KOBİA və
Özbəkistanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair
Anlaşma Memorandumu imzalanıb. Sənədi Özbəkistanın Ticarət və
Sənaye Palatasının rəhbəri Davron Vaxabov və KOBİA-nın İdarə
Heyətinin sədri Orxan Məmmədov imzalayıblar. Memoranduma əsasən
tərəflər ticarət və investisiya imkanları haqqında bir-birilərini
məlumatlandıracaq, KOB-lar arasında ikitərəfli əlaqələrin inkişaf
etdirilməsini dəstəkləyəcək və təşviq edəcək, qarşılıqlı biznes
missiyalar təşkil olunacaq və s.

Səfər çərçivəsində KOBİA nümayəndə heyəti bir sıra görüşlər də
keçirib. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və
Özbəkistan Prezidentinin yanında Sahibkarlıq subyektlərinin
hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üzrə müvəkkil
D.S.Kasımov arasında keçirilmiş görüşdə biznesə hüquqi dəstək
mexanizmləri və bu sahədə təcrübə mübadiləsi imkanları müzakirə
edilib.

Özbəkistanın iqtisadi inkişaf və yoxsulluğun azaldılması
nazirinin müavini, Sahibkarlığın İnkişafı Agentliyinin direktoru
M.M.Ubaydullaev ilə keçirilmiş görüşdə isə gələcək əməkdaşlıq
imkanlarına dair fikir mübadiləsi aparılıb.

Leave A Reply

Your email address will not be published.