Kürdəmirdə biçilmiş taxıl sahəsi yanıb (VİDEO)

0 7

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Kürdəmir rayonunun Qarasaqqalı kəndində vətəndaşa məxsus taxıl
sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadla
xəbər verir ki, məlumat daxil olduqdan dərhal sonra FHN-in Dövlət
Yanğından Mühafizə Xidmətinin Kürdəmir Rayon Yanğından Mühafizə
Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının
Məhərrəmov Məhərrəm Abdulxaliq oğluna məxus biçilmiş taxıl
sahəsində baş verdiyi və alovun hər an yaxınlıqda yerləşən
biçilməmiş taxıl sahəsinə keçmə riskinin mövcud olduğu müəyyən
edilib.

Yanğınsöndürənlər tərəfindən görülmüş operativ tədbirlər
sayəsində yanğın qısa müddətdə söndürülərək alovun biçilməmiş taxıl
sahəsinə keçməsinə imkan verilməyib. Yanğın nəticəsində 4 hektar
sahədə biçilmiş taxıl sahəsi yanıb.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə, o cümlədən kənd
təsərrüfatı fəaliyyəti ilə məşğul olan vətəndaşlara müraciət
edərək, xüsusilə havaların isti və quraq keçdiyi yay aylarında
yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına
çağırır.

Leave A Reply

Your email address will not be published.