Bakı. Trend:
Lerik Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin
əməkdaşlarının birgə keçirdikləri “Xaş-xaş-2022” şərti adlı
kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində
Orand kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli
bitkilər aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə
verilən məlumata görə, ümumi çəkisi 4 ton 712 kiloqram olan 18851
ədəd xaş-xaş bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv
edilib.