MDU-nun tələbəsi “Erasmus+” mübadilə proqramı çərçivəsində təhsilini uğurla başa vurub (FOTO)

0 2

Bakı. Trend:

2022-ci ilin 21 iyun tarxində Mingəçevir Dövlət Universitetinin
(MDU) rektoru Şahin Bayramov Avropa İttifaqı tərəfindən
maliyyələşdirilən “Erasmus+” mübadilə proqramı çərçivəsində cari
semestr ərzində Rumıniyanın Transilvaniya Braşov Universitetində
təhsil almış MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin
tələbəsi Nadir Hüseynovla görüşüb.

Mübadilə proqramı çərçivəsində təhsil müddətini uğurla başa
vuran tələbəni təbrik edən rektor Ş.Bayramov, xaricdə təhsilin
gənclərin hərtərəfli inkişafı üçün qazandırdığı təcrübələrdən və
yeni fürsətlərdən bəhs edib. Müasir dövrün tələblərinə uyğun yüksək
ixtisaslı kadr kimi formalaşmağın başlıca meyarlarından danışan
rektor, bununla bağlı tələbəyə müvafiq tövsiyələrini verib, gələcək
fəaliyyətində ona uğurlar arzulayıb.

Tələbə N.Hüseynov göstərilən diqqətə və yaradılan imkana görə
universitet rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da
tələbə və müəllim heyətinin potensialının inkişaf etdirilməsi
məqsədilə “Erasmus+” və digər mübadilə proqramlarında fəal iştirakı
təmin etmək üçün müvafiq şəraitin yaradılmasına xüsusi diqqət
yetirilir.

Leave A Reply

Your email address will not be published.