Metallurgiya sənayesi sahəsində 704 milyon manatlıq məhsul istehsal edilib

0 6

Bakı, 21 iyun, AZƏRTAC

2022-ci il yanvar-may aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 704 milyon manatlıq məhsul istehsal edilib, hazır metal məmulatlarının istehsalı sahəsində 43,3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalında isə 34,2 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin dövrdə polad boruların istehsalı 2,1 dəfə, armaturun istehsalı 87,4 faiz, polad tökmə istehsalı 48,3 faiz artıb.

Hazır metal məmulatlarının istehsalı sahəsi üzrə 14 min 111,6 ton qara metallardan digər konstruksiyalar istehsal edilib.

 

AZERTAG.AZ :Metallurgiya sənayesi sahəsində 704 milyon manatlıq məhsul istehsal edilib

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Leave A Reply

Your email address will not be published.