Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçiriləcək

0 3

Bakı. Trend:

2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının
başlanması ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetinin
(MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri
keçirilir.

İmtahan sessiyası dövründə tələbə və magistrantların, həmçinin
onların valideynlərinin yarana biləcək suallarının operativ
cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri hər
həftə
hibrid formada təşkil olunur.

Hibrid formada olan görüşlərdə MDU-nun tələbələri, magistrantlar
və onların valideynləri iştirak edə bilərlər.

Növbəti “Açıq qapı” günü 2022-ci ilin 23 iyun tarixində
saat 11:00-da keçiriləcəkdir.

Görüşə qatılmaq istəyənlər [email protected] elektron poçt
ünvanına müraciət edə bilərlər.

Leave A Reply

Your email address will not be published.