Mobil telefon cihazları bazarında araşdırmalar davam edir

0 2

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Xidməti antiinihsar qanunvericiliyinin tələblərinin
pozulmaması və haqsız rəqabətə yol verilməməsi məqsədilə tədbirləri
davam etdirir.

Xidmətdən Trend-ə verilən məlumata görə, bu tədbirlər
çərçivəsində Dövlət Xidməti tərəfindən mobil telefon cihazları
bazarında araşdırmalar aparılıb, təsərrüfat subyektlərinə zəruri
sənəd və məlumatların təqdim olunmasına dair sorğular
göndərilib.

Sorğuda tələb olunan sənəd və məlumatları təqdim etməyən
“V-TELECOM” MMC, “İMPERİUS” MMC və “BUL ELECTRONİCS” MMC barəsində
antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri
üzrə iş qaldırıb.

İşə baxılması barədə məlumatlar Dövlət Xidmətinin rəsmi internet
səhifəsində

(https://competition.gov.az/az/page/melumat-merkezi/faydali/baxilacaq-islerin-cedveli.)
yerləşdirilir.

Leave A Reply

Your email address will not be published.