Nə üçün Samsung Galaxy S22 Ultra? Yeni flaqmanı ələ indi əldə etmək üçün 6 səbəb (R)

0 3

Bakı. Trend:

Bu yaxında texnologiyalar üzrə dünya nəhəngi olan Samsung
tərəfindən təqdim olunan yeniliklər hər kəsin diqqətini özünə cəlb
etdi. Əsasən də S və Note seriyasının bütün mühüm özəlliklərini
özündə cəmləyən və SPen qələmini dəstəkləyən Samsung S22 Ultra
diqqətləri öz üzərinə çəkməyi bacardı. Gəlin bu flaqmanı əldə
etməli olduğunuz 6 əsas səbəbi nəzərdən keçirək.

Öncəliklə nəzərə çarpan nəhəng ekranı qeyd etmək lazımdır ki,
uzun zamandır ki, bütün displey texnologiyalarını özü istehsal edən
Samsung, birbaşa olaraq bu bazarda rəqibi olmayan bir mövqedə yer
alır. Beləliklə Samsunqun bu yeni flaqmanının payına Galaxy S
seriyasının məhsulları arasından ən böyük displey düşür. Diaqonalı
6.8 düym, miqyası 3088×1440 təşkil edən smartfon 500 ppi piksel
dolğunluğa malikdir. Bu LTPO texnologiyası ilə hazırlanan
kənarlardan basılmış Dynamic AMOLED 2X ekrandır. 1-120 Hz adaptiv
tezlikdə yenilənməni, həmçinin 240 Hz sensor yenilənmə tezliyini
dəstəkləyir. Bundan əlavə HDR10+ və Dolby Vision standartları ilə
uyğunlaşır. Şübhəsiz ki, ekranın ən mühüm üstünlüklərindən biri də
onun 1750 nit parlaqlıq həddidir.

İkinci səbəb — sözsüz ki kameralardır. Cihaz 4 obyektivdən
ibarət çox maraqlı kamera bloku ilə təchiz edilmişdir. Onlar
sayəsində ən çətin anlarda belə heyrətamiz kadrlar əldə etmək
mümkündür. Bu 4-lü özündə 108 MP f/2.2 85﮿ geniş bucaqlı əsas
kamera və 120﮿ görüntü bucağına sahib 12 MP f/2.2 geniş kameraları
özündə birləşdirir. Bundan əlavə burada 10 Mp və teleobyektivli iki
kamera da mövcuddur. Onlar 100x miqyasınadək böyüdən Space Zoom
funksiyasını işə salır. Telefonun ön hissəsində isə 40 Mp ön kamera
yerləşdirilmişdir.

Smartfonun qabaqcıl rejimləri sizi foto çəkilişlərdə
professional kimi hiss etdirəcək. Əlavə olaraq birbaşa telefon
vasitəsilə şəkilləri redaktə etmək, eyni zamanda geniş ekranda
tamamlayıcı ştrixlər üçün onları PC və ya planşetə göndərmək
imkanınız var.

S Pen – həm pero, həm fırça, qələm və hətta smartfonu idarə
etmək üçün universal aksesuardır. SPen tarixində ilk dəfə S22 Ultra
smartfonunun dəstinə daxildir. Ağıllı qələmin tərkib hissələri
superkondensator, giroskop və akselerometrdən ibarətdir. Korpusunda
bir düyməsi mövcuddur. Qələmin həssas ucluğu əl yazısını tam
dəqiqliklə çap yazısına çevirir. Qələm sizin yaradıcı
potensialınızı kəşf etmə imkanı və azadlığı verir. S Pen həmçinin
Air Actions köməkliyi ilə smartfonunuzu simsiz idarə etmək imkanı
yaradır. Bunun sayəsində qələmi silkələməklə səhifələri dəyişmək və
ya bir düyməni sıxmaqla selfi çəkmək mümkündür.

Güclü mexanizm – cihaz Exynos 2200 ilə işləyir. 4nm texniki
standartlara uyğun yeddi nüvəli prosessordur. İstehsalçının da
təsdiq etdiyi kimi, qeyd olunan innovativ çip Galaxy seriyasından
ən sürətlisi hesab olunur və birinci səviyyəli güclə təmin edir. Ən
əsası isə qrafen lövhəsi sayəsində istiliyi səmərəli şəkildə
yaydığı üçün isinmir. Belə bir cihazın istehsalat ehtiyatı minimum
bir neçə ilə kifayət edir. İlk dəfə olaraq smartfonda cihazın
qrafikasına RDNA 2 arxitekturasında AMD ilə birgə hazırlanmış
Xclipse 920 sürətləndiricisi şüa izləməsini dəstəkləyən Dəyişən
Tezlik Kölgələmə (VRS) cavabdehdir.

Həcmli batareya və sürətli şarj. Galaxy S22 Ultranın yüksək
sürətli və ağıllı batareyası sizin maraqlarınıza uyğunlaşır. O
batareyanın ömrünü uzadaraq ehtiyac olan zamanlarda enerjiyə qənaət
edir. 5000 mAh həcmli batareya sayəsində imkanlarınızı
məhdudlaşdırmayan şarja sahib olun. Şəkillər çəkin, ünsiyyətdə olun
və səhərədək oyunlar oynayın.

Smartfon həmçinin 45 Vt gücündə sürətli şarjı dəstəkləyir. Bu da
25 Vt ilə müqayisədə nəzərə çarpan yenilikdir. Sadəcə şarj
alətinizi 45 Vt gücündə enerjiyə qoşun və sizə gün boyu yetəcək
yüksək sürətli şarjdan zövq alın. Sadəcə 10 dəqiqəlik şarj sizə 54
dəqiqəlik video və ya sevimli serialın 4 seriyasını izləməyiniz
üçün kifayət edir. Yalnız bu ağıllı şarj alətinin bütün
üstünlükləri deyil. Siz həmçinin dostunuzla şarjınızı bölüşəvə ya
qulaqlıqlarınızı birbaşa smartfonunuzdan şarj edə bilərsiniz.

Galaxy S22 Ultraya sahib olmanın 6-cı və ən əsas səbəblərindən
biri isə– istehsalçının təqdim etdiyi xüsusi kampaniyadır.
30.06.2022 tarixinədək Galaxy S22 Ultra əldə edən hər kəsə Galaxy
Buds2 qulaqlıqları hədiyyə.

Kampaniya haqqında ətraflı məlumatı Samsung şirkətinin rəsmi
səhifəsindən, həmçinin Baku Electronics, İrşad, Kontakt Home,
Maxi.az, World Telecom, Soliton və Optimal rəsmi mağazalar
şəbəkəsindən əldə edə bilərsiniz. Samsung Galaxy S22 Ultra artıq
rəsmi distribüterlərimizdə öz alıcılarının yolunu gözləyir.

Leave A Reply

Your email address will not be published.