Nazirlik iaşə obyektlərinin istismarçılarına çağırış etdi

0 4

Bakı. Trend:

Havaya normadan artıq tullantı atan və atmosferi kanserogen
maddələrlə çirkləndirən ictimai-iaşə obyektlərinə, restoran və
şadlıq saraylarının istismarçılarına dəfələrlə xəbərdarlıq
edilməsinə baxmayaraq, aparılan monitorinqlərin nəticələri göstərir
ki, bir sıra iaşə obyektlərində analoji hallara hələ də rast
gəlinir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə
İbrahimova Trend-ə bildirib ki, ictimai-iaşə obyektlərindən,
restoran və şadlıq saraylarından havaya normadan artıq tullantı
atanlar barəsində inzibati tənbeh tədbirlərinin görülməsi məqsədilə
iyulun 1-dən etibarən nazirliyin mütəxəssisləri tərəfindən növbəti
monitorinqlər keçiriləcək, nəticəsi neqativ olan subyektlərə qarşı
qanunamüvafiq tədbirlər görüləcək.

“Bu səbəbdən istismarçıların diqqətinə çatdırırıq ki,
obyektlərindəki təmizləyici qurğulara texniki xidmət göstərilməsi
işlərini vaxtında tamamlasınlar, havaya normadan artıq tullantı
atılmasına yol verməsinlər”.

Nazirlik rəsmisi qeyd edib ki, mövcud pozuntuları aradan
qaldırmaları və təmizləyici qurğulara texniki xidmət göstərmələri
üçün istismarçılara iyulun 1-dək vaxt verilir.

“Qanunvericiliyə uyğun olaraq, havaya normadan artıq atılmaların
müəyyən ediləcəyi təqdirdə iaşə obyektlərinin istismarçıları
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234-cü
maddəsinin tələblərinə əsasən cərimə ediləcək”.

Leave A Reply

Your email address will not be published.