Nyu-Yorkda taksi binaya çırpılıb, 6 nəfər yaralanıb

0 3

Bakı. Trend:

20 iyun yerli vaxtla saat 13:00 radələrində taksi ABŞ-ın
Nyu-York şəhərində binaya çırpılıb.

Trend-in
məlumatına görə, bu barədə “New York Post” nəşri polisdəki mənbəyə
istinadən bildirib.

Məlumata əsasən, hadisə Brodvey, 1186 ünvanında, Qərbi 29-cu və
Qərbi 28-ci küçələr arasında taksi sürücüsünün bordüra çıxması
nəticəsində baş verib.

Üç nəfər ağır yaralanıb, həkimlər indi onların həyatları üçün
mübarizə aparır. Digər üç nəfər daha yüngül xəsarət alıblar.

Leave A Reply

Your email address will not be published.