Ölkədə kompüter istehsalı azalıb – Trend.Az

0 6

Bakı. Trend:

Kompüter, elektron və optik məhsulların, elektrik
avadanlıqlarının istehsalı sahələrində 2022-ci il yanvar-may
aylarında 81,7 milyon manatlıq məhsul istehsal olunub.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat
verilib.

Qeyd edilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə
elektrik avadanlıqlarının istehsalı 56,7 faiz artıb, kompüter,
elektron və optik məhsulların istehsalı isə 4,3 faiz azalıb.

Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomatik
tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 3,5
dəfə, qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri
aparatlarının istehsalı isə 36,2 faiz artıb.

Leave A Reply

Your email address will not be published.