Özbəkistan Prezidenti: Azərbaycanla birgə müəssisələrin sayı 4 dəfə artıb

0 8

Bakı. Trend:

Azərbaycanla birgə müəssisələrin sayı 4 dəfə artıb.


Trend
xəbər verir ki, bunu Özbəkistan Respublikasının
Prezidenti Şavkat Mirziyoyev iyunun 21-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşü
zamanı deyib.

Özbəkistan Prezidenti bildirib:

“Bu gün mühüm siyasi sənəd – Strateji tərəfdaşlığın
genişləndirilməsi və hərtərəfli əməkdaşlığın artırılması haqqında
Bəyannamə qəbul olunacaq. Birləşmiş Millətlər Təşkilatı, Türk
Dövlətləri Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Avropada
Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər
beynəlxalq təşkilatlar çərçivəsində sıx əlaqələrimiz mövcuddur. Biz
ticarətdə, sənayedə, kooperasiyada dinamik artım müşahidə edirik.
Biz yalnız bu gün bu barədə tənqidi, ciddi danışdıq, qeyd etdik ki,
əslində, əmtəə dövriyyəsi 6 dəfə artıb, lakin bu barədə tənqidi
fikirləşməyə dəyər və biz bu məsələləri çox ciddi təhlil etdik.
Birgə müəssisələrin sayı 4 dəfə artıb. Uğurlu əlamətdar layihələr
arasında Hacıqabulda avtomobillərin birgə istehsalının təşkilini və
ipəkçilik sahəsində kooperasiyanı qeyd etmək olar. Lakin
göstəricilər hələ çox cüzidir və iqtisadiyyatlarımızın bir-birini
qarşılıqlı tamamlayan amillərinin mövcud böyük potensialından
istifadə etməyin zəruri olduğunu göstərir”.

Leave A Reply

Your email address will not be published.