Özbəkistan saytı IX Qlobal Bakı Forumu haqqında yazıb

0 8

Bakı, 21 iyun, AZƏRTAC

Özbəkistanın bugun.uz xəbər saytında “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumu barədə materiallar dərc edilib.

AZƏRTAC xəbər verir ki, materiallarda 300-dək insanın, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesusun, “Google” şirkətinin vitse-prezidenti Vinton Serfin, BMT-nin, Dünya Bankının təmsilçilərinin, Ukraynanın sabiq prezidenti Petro Poroşenkonun, eləcə də dünyanın 50-dən çox ölkəsindən gələn yüksəkvəzifəli şəxslərin iştirak etdiyi forumda beynəlxalq münasibətlər və insan təhlükəsizliyi məsələlərinin müzakirə olunduğu qeyd edilir.

Özbəkistanın bugun.uz saytı diqqətə çatdırır ki, forum çərçivəsində keçirilən “Yaxın Şərqdə ərəb və müsəlman dünyasında sülh, təhlükəsizlik və inkişaf axtarışı” mövzusunda panel iclasında nüvə silahının yayılması ilə bağlı, regionda sülhün, təhlükəsizliyin və sabitliyin irəliləməsi üçün ən yaxşı təməlin axtarılması məsələləri, eləcə də bu istiqamətdə bir sıra başqa vacib mövzular müzakirə edilib.

Müəllif, həmçinin Qarabağ iqtisadi rayonuna – Füzuli və Şuşaya səfərindən yazaraq qeyd edir ki, Şuşa səfəri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan yenidənqurma və inkişafla, eləcə də ərazilərin minalardan təmizlənməsi ilə tanışlıq məqsədi daşıyırdı.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Leave A Reply

Your email address will not be published.