“PAŞA Bank”ın tərəfdaşlığı ilə “ADA Məzun Forumu 2022” baş tutub

0 19

Bakı. Trend:

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ın
tərəfdaşlığı ilə “ADA Məzun Forumu 2022” tədbiri keçirilib. 18-19
iyun tarixlərində baş tutan bu tədbir “Qarabağ gələcəkdə” mövzusuna
həsr olunub. Beləliklə də, tədbirdə Qarabağın gələcək inkişaf
imkanları və ehtiyatlarının artırılması istiqamətləri əhatə
edilib.

“Bizi ADA Universiteti ilə həmrəy edən ideya gənclərə öz
potensiallarını reallaşdırmağa kömək etmək və onların peşəkar
inkişafını dəstəkləməkdir. Önümüzdəki çağırışların öhdəsindən
gələcək və iqtisadiyyatın şaxələndirilməsinə töhfə verəcək
liderlərin yetişdirilməsi bizim üçün çox önəmlidir” , – deyə “PAŞA
Bank”ın İnsan Resursları departamentinin direktoru Zibeydə Hacıyeva
tədbirdə çıxışı zamanı bildirib.

Qeyd edək ki, ADA Universitetinin məzunlarını bir araya toplayan
bu forumun əsas məqsədi davamlı maarifləndirmə və fikir
mübadiləsinin aparılması, eləcə də uzunmüddətli dostluq
əlaqələrinin qurulması üçün effektiv platforma yaratmaqdır.

Forumun ikinci günündə Ağdama səfər təşkil olunub. İştirakçılara
burada aparılan yenidənqurma və bərpa işləri, eləcə də regionun
gələcək inkişaf planları ilə tanış olmaq imkanı yaradılıb.

Fəaliyyətinin 15-ci ilini qeyd edən “PAŞA Bank”, cəmiyyətin
tərəqqəsinə yönəlmiş tədbirləri dəstəkləməyə davam edəcək.

Leave A Reply

Your email address will not be published.