Pedaqoji fəaliyyətlə məşğul olma qaydası dəyişir

0 3

Bakı. Trend:

Müsabiqəyə buraxılan ali təhsilin bakalavriat səviyyəsi üzrə
ixtisasların siyahısı hər il müsabiqədən əvvəl Nazirliyin rəsmi
internet səhifəsində yerləşdiriləcək.

Trend xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Pedaqoji
fəaliyyətlə məşğul olma Qayda”sında etdiyi dəyişiklikdə əksini
tapıb.

Qərara əsasən, pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olan
şəxslərin dövlət ümumi təhsil müəssisələrinə qəbulu Nazirlik
tərəfindən keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinə uyğun
olaraq pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislər
baza təhsilindən asılı olaraq pedaqogika, psixologiya və təlim
strategiyaları ilə bağlı Təhsil Nazirliyi tərəfindən təşkil olunan
müvafiq ödənişsiz təlim kurslarına cəlb olunacaqlar. Təlim
kurslarının keçirilməsi vaxtı, yeri, davametmə müddəti və digər
şərtləri Nazirlik tərəfindən müəyyən edilir və bu barədə Nazirliyin
rəsmi internet səhifəsində məlumat yerləşdiriləcək. Təlim
kurslarını başa vurmuş şəxslərə forması Nazirlik tərəfindən müəyyən
edilən sertifikat veriləcək.

Leave A Reply

Your email address will not be published.