Planet Calling: NARGIS nəşriyyat evinin yeni sərgisi

0 7

Bakı. Trend:

İyunun 24-də Bakı Dənizkənarı Bulvarında NARGIS nəşriyyat evinin
artıq ənənə halını almış ekosərgisi açılacaq. Sərgi ətraf mühitin
mühafizəsinə həsr olunub və incəsənət vasitəsi ilə müasir ekoloji
problemləri ictimayyətə duyurmaq məqsədini daşıyır.

Ekspozisiyada təkrar emal edilməsi çətin olan materiallardan və
sənaye tullantılarından hazırlanmış 13 qurğu nümayiş etdiriləcək.
Layihənin təşəbbüskarı NARGIS jurnalının baş redaktoru Ülviyyə
Mahmuddur.

Layihə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi,
Bakı Şəhər İcra Hakimiyyəti, “AzərEnerji” ASC, “Azərişıq” ASC,
“Azərsu” ASC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Baku
Steel Company” QSC, Bakı Nəqliyyat Agentliyi, Dövlət Radiotezliklər
İdarəsi, Space 13-ün dəstəyi ilə hazırlanıb.

Artıq üç ildir ki, NARGIS nəşriyyat evi təkcə sərgilər deyil,
həm də məktəblilər üçün öyrədici təlimlər keçirir. Belə ki, 2022-ci
ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika
Uşaq-Gənclər İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən “Yaşıl
Şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində “Ekoklub”la
birgə Bakının 40 məktəb, lisey və gimnaziyasında gənc nəslin
ekoloji mədəniyyətinin formalaşmasına və inkişafına yönəlmiş
tədbirlər keçirilib.

Sərgi avqustun 24-dək davam edəcək. Giriş sərbəstdir.

Leave A Reply

Your email address will not be published.