Prezident İlham Əliyev: Əminik ki, qardaş özbək xalqının ardıcıl inkişafı davam edəcək

0 2

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti ilə
geniş tərkibdə görüşdə çıxışı zamanı Şavkat Mirziyoyevin ölkəsinin
investisiya baxımından cəlbediciliyinin, sənaye potensialının
artırılması, sosial məsələlərin həlli üzrə apardığı islahatları çox
yüksək qiymətləndirib.

Trend xəbər verir ki, dövlətimizin başçısı Prezident Şavkat
Mirziyoyev ilə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində, o
cümlədən Bakıda dəfələrlə görüşdüklərini, fikir mübadiləsi
apardıqlarını xatırladaraq deyib: “Sənaye istehsalı, iş yerləri,
xalqın sosial rifahı – bütün bu mövzular daim Prezidentin diqqət
mərkəzindədir və Azərbaycanda biz də, əminəm ki, Özbəkistan
sakinləri də bu istiqamətlərdə böyük nailiyyətlər, böyük tərəqqi
görürlər. Biz buna şadıq. Biz dostlar kimi, qardaşlar kimi Sizin
uğurlarınıza sevinirik. Əminik ki, qardaş özbək xalqının ardıcıl
inkişafı davam edəcək”.

Dövlətimizin başçısı qeyd edib ki, biz də öz tərəfimizdən
qarşılıqlı fəaliyyətimizi genişləndirmək üçün səy göstərəcəyik.

“Biz bu gün çox mövzular barədə ətraflı söhbət etdik. Ən
başlıcası odur ki, bütün tapşırıqların yerinə yetirilməsinə nəzarət
edəcəyik”, — deyə dövlətimizin başçısı vurğulayıb.

Leave A Reply

Your email address will not be published.