Prezident İlham Əliyev: Dünyadakı vəziyyət nəzərə alınmaqla hər bir ölkə müdafiə qabiliyyətini möhkəmlətməyə çalışmalıdır

0 8

Bakı. Trend:

Əlbəttə, dünyadakı vəziyyət nəzərə alınmaqla hər bir ölkə
müdafiə qabiliyyətini möhkəmlətməyə çalışmalıdır.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti
Şavkat Mirziyoyev ilə geniş tərkibdə görüşdə çıxış edərkən
bildirib.

Dövlət başçısı deyib:

“Bu gün Şavkat Miromonoviç ilə dialoqumuzun bir hissəsi bu
məsələyə həsr edilib. Müvafiq tapşırıqlar verilib. Düşünürəm ki,
hərbi əməkdaşlıq, hərbi-texniki əməkdaşlıq, habelə hərbi təhsil
sahəsində əməkdaşlıq istiqamətində əlavə addımlar atılacaq. Mənim
fikrimcə, bu sahədə də qarşılıqlı fəaliyyətimiz möhkəmlənəcək,
çünki həm Özbəkistanda, həm də Azərbaycanda elə mövzular var ki,
onları müzakirə etmək lazımdır, kənar təhdidlər var, ölkələrimiz və
xalqlarımız onlarla üzləşməli olurlar. Buna görə də düşünürəm ki,
bu sahədə təcrübə mübadiləsi və praktiki qarşılıqlı fəaliyyət
həmişəkindən daha vacib olacaq”.

Leave A Reply

Your email address will not be published.