Qadınları Türkiyədə cinsi istismara məruz qoyan dəstəyə hökm oxundu

0 8

Bakı. Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində qadınları Türkiyəyə apararaq
orada cinsi istismara məruz qoymaqda təqsirləndirilən Aynur
Fərruxova və Şirin Məmmədovanın işi üzrə məhkəmə prosesi başa
çatıb.
Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərə hökm
oxunub. Məhkəmənin hökmü ilə hər iki şəxs 3 il azadlıqdan məhrum
edilib. İttihama görə, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş
İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri
nəticəsində Azərbaycan Respublikası vətəndaşı olan qadınların
etibarından sui-istifadə edərək Türkiyə Respublikasının Balıkesir
şəhərinə aparıb orada cinsi istismara məruz qoymaqda şübhəli
bilinən Aynur Fərruxova və Şirin Məmmədova tutulublar.
Faktla bağlı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və
144-1.2.4-1-ci maddələri ilə (İnsan alveri) ittiham elan
olunub.

Leave A Reply

Your email address will not be published.