Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində reydlər davam etdirilir

0 8

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir
kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi
fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət
tədbirlərini davam etdirir.

Agentlikdən Trend-ə daxil olan məlumat əsasən, nəzarət
tədbirləri çərçivəsində Agentlik müfəttişləri tərəfindən Rayon İcra
Hakimiyyətinin və DİN-nin polis əməkdaşları ilə birgə Bakı şəhəri,
Suraxanı rayonu, Bülbülə və Yeni Suraxanı qəsəbələrində keçirilən
reyd zamanı fiziki şəxslər Hüseynov Elşən Qeys oğluna, Vəliyev
Mehman Balış oğluna, Cəfərov Səxavət Əbülfət oğluna, Əmirov Rauf
Sərvər oğluna, Nəsibov Məhəbbət Azər oğluna, Məhərrəmov Arif Vəli
oğluna, Nəcəfov Rasim Kazım oğluna məxsus məntəqələrdə heyvan
kəsimi və ət satışının baytar nəzarəti aparılmadan həyata
keçirildiyi aşkar edilib. Abdullayev Tofiq Habulla oğluna və
Məsimov Həsənağa Zümrüd oğluna məxsus məntəqələrdə isə ət satışının
baytarlıq ekspertizasından keçirilərək satışa verildiyi müəyyən
olunub. Faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq
tədbirlər görülüb. 3 məntəqədə kəsim üçün nəzərdə tutulan metal
konstruksiyalar sökülüb, qanunsuz heyvan kəsimi fəaliyyəti ilə
məşğul olan şəxslərə maarifləndirici məlumatlar verilib.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul
olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və
qanunazidd fəaliyyətdən yayınmağa çağırır.

Leave A Reply

Your email address will not be published.