Qarabağ günəş enerjisi sahəsində yaxşı imkanlara sahibdir — Almaniya Günəş enerjisi Assosiasiyası

0 4

Bakı. Trend:

Qarabağ günəş enerjisi sahəsində yaxşı imkanlara sahibdir.

Bunu Trend-ə açıqlamasında Almaniya Günəş enerjisi
Assosiasiyasının beynəlxalq layihə meneceri Ronald Upmann
deyib.

O qeyd edib ki, Qarabağda infrastrukturun böyük hissəsi
dağıdılıb və indi yenidənqurma işləri aparılır.

«İndi Qarabağda günəş enerjisinə keçid üçün şans yaranıb.
Azərbaycanın bu istiqamətdə imkanları var. Ümid edirəm ki, alman
şirkətləri öz təcrübələrini bölüşərək bu işdə köməklik
göstərəcəklər», — deyə o bildirib.

R.Upmann, həmçinin, Almaniya-Azərbaycan Davamlı İnkişaf
Forumunun əhəmiyyətini qeyd edib.

«Forumda iştirak edərək müzakirələrə qoşuluram. Həmçinin,
düşünürəm ki, forum vasitəsilə yeni əlaqələr əldə etmək və
Azərbaycan bazarı haqqında məlumat almaq şansı yaranıb»,- deyə o
əlavə edib.

Leave A Reply

Your email address will not be published.