Qarabağın günəş elektrik enerjisinin inkişafı üçün böyük potensialı var – Nazir müavini

0 5

Bakı. Trend:

Qarabağ günəş enerjisinin inkişafı üçün böyük potensiala
malikdir.

Trend-in məlumatına görə, bunu energetika nazirinin müavini
Elnur Soltanov “Azərbaycanda bərpa olunan enerji mənbələri”
mövzusunda dayanıqlı inkişaf üzrə Almaniya-Azərbaycan forumunda
deyib.

“Qarabağ günəş elektrik enerjisinin istehsalı üzrə yaxşı
potensiala malikdir və yalnız Naxçıvandan geri qalır”, – deyə o
bildirib.

Nazir müavini Qarabağın “yaşıl” zonaya çevrilməsi prosesi barədə
də danışıb.

“Qarabağda bütün enerji mənbələri alternativ enerjiyə
əsaslanacaq. Məsələn, biz artıq 4 kiçik su elektrik stansiyasını
bərpa etmişik və ilin sonunadək daha 18 stansiyanın bərpası
planlaşdırılır. Bu, özəl investorların hesabına baş verəcək”, –
E.Sultanov deyib.

O, həmçinin “ACWA Power” və “Masdar” şirkətləri ilə ümumi
istehsal gücü 470 meqavatt gücündə günəş və külək elektrik
stansiyalarının tikintisi çərçivəsində təməlqoymanı da
xatırladıb.

“2030-cu ilədək Azərbaycan bərpa olunan enerji mənbələrinin
gücünü 30 faiz artırmalıdır, amma bu göstərici növbəti illərdə daha
da artırılacaq”, – E.Sultanov vurğulayıb.

(Tərcümə: Orxan Nəbiyev)

Leave A Reply

Your email address will not be published.