Qlobal bazarda şəkər tozunun qiyməti kəskin artdı — Araşdırma

0 2

Bakı. Trend:

Son bir ildə qlobal bazarda şəkər tozu qiymətində ciddi artım
müşahidə olunur. Araşdırmalar nəticəsində məlum olub ki, şəkər tozu
bazarında kəskin bahalaşma qeydə alınıb. Mütəxəssislərin sözlərinə
görə, qlobal bazarda şəkər tozu qiymətlərinin artımına dünyada baş
verən pandemiya, xam neft qiymətlərinin yüksəlməsi, eyni zamanda
Rusiya- Ukrayna arasında gedən müharibə səbəb olub.

Xam neft qiymətlərinin yüksəlməsi daşınma xərclərinin 66%
artmasına, təxminən 2 il davam edən pandemiya istehsalın aşağı
düşməsinə, Rusiya-Ukrayna müharibəsinə ilə əlaqədar tədarükün
azalmasına səbəb olub, bununla da şəkər tozuna tələbat artıb.
Rusiya və Ukrayna arasında gedən müharibə səbəbindən həm
məhsulların xaricə çıxışı, həm də limanların və logistikanın
fəaliyyətində problem yaranıb. Bu vəziyyət logistika xərclərinin
artmasına və limanlarda uzun müddət gözləmələrə səbəb olub. Bunun
məntiqi nəticəsi kimi şəkər tozu qiymətlərində nəzərə çarpacaq
qədər artım qeydə alınıb.

Qeyd edək ki, hazırda ətraf ölkələrdə şəkər tozunun bir tonunun
qiyməti Özbəkistanda 1100 dollar, Qazaxıstanda 1071, Qırğızıstanda
1100, Rusiyada 870, Gürcüstanda 720, Türkiyədə 1200 dollar təşkil
edir. Statistikaya əsasən Azərbaycanda şəkərin qiyməti bu
ölkələrdən minimum 200 ABŞ dolları aşağıdır və məhsulların
tədarükündə heç bir problem yoxdur.

Leave A Reply

Your email address will not be published.