Qusarda əmək yarmarkası: 300-2000 manat əməkhaqqı ilə 400-dən çox iş yeri təqdim olunub

0 3

Qusar, 21 iyun, Elxan Yusifli, AZƏRTAC

İyunun 21-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Qubada keçirilən əmək yarmarkasında işaxtaranlara 400-dən çox vakant iş yeri təklif olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba, Qusar, Xaçmaz Şabran və Siyəzən sakinləri üçün təşkil olunan məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə 23 müəssisədə vakant iş yerləri təqdim edilib. Vakansiya təqdim edən müəssisələrin 19-u özəl, 4-ü isə dövlət müəssisəsidir. İş təklifləri iqtisadi fəaliyyət növünə görə, regionun əmək bazarının tələbatına uyğun olaraq istirahət əyləncə və incəsənət sahəsində fəaliyyət (turizm), kənd təsərrüfatı, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, emal, xidmət və istehsal sahələrini əhatə edir. Boş iş yerləri üzrə işəgötürənlər tərəfindən təklif edilən əməkhaqqı 300-2000 manat arasında dəyişir.

9 saylı Ərazi Məşğulluq Filialının direktoru Ramal Quluzadə bildirib ki, əmək yarmarkasında müəssisələrdə olan vakant (boş) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunub. Həmçinin Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri və layihələri barədə yarmarka iştirakçılarına məlumat verilib. Əsas məqsəd işsiz və işaxtaranların əmək bazarına çıxışının dəstəklənməsi, onların məşğulluğunun təmin edilməsidir.

Yarmarkada öz kiçik biznesini qurmaq istəyən şəxslərin özünüməşğulluq proqramına, əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyənlərin peşə hazırlığına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.

 

AZERTAG.AZ :Qusarda əmək yarmarkası: 300-2000 manat əməkhaqqı ilə 400-dən çox iş yeri təqdim olunub

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Leave A Reply

Your email address will not be published.