Bakı. Trend:
Bu il Qvatemalada baş verən daşqınlar və leysan yağışları
nəticəsində 1 milyondan çox insan zərər çəkib.
Trend-in
məlumatına görə, bu barədə hakimiyyət orqanlarının nümayəndələri
bildirib.
Milli Fəlakətlərin Fəsadlarının İdarə Edilməsi üzrə
Əlaqələndirmə Mərkəzinin hesablamalarına əsasən, əlverişsiz hava
ilə bağlı problemlər 1 001 563 nəfərə təsir edib. Təbii fəlakət
nəticəsində yüzlərlə yaşayış binasına və 120-dən çox təhsil
müəssisəsinin binasına ziyan dəyib, 4 yol və 16 körpü dağılıb.
Ümumilikdə 22 nəfər ölüb, 7 nəfər yaralanıb, daha 3 nəfər itkin
düşüb.