Rayonlarda daha ucuz istirahət üçün hansı işlər görülməlidir?

0 9

Bakı. Trend:

Ölkəmizdə pandemiyadan sonra turizmin canlanması prosesi
gedir.

Bunu Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə
Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı
direktoru Samir Dübəndi Trend-ə bildirib.

Onun sözlərinə görə, turizmin canlanmasına əsas səbəb
pandemiyaya görə qoyulan qaydaların yumşaldılmasıdır. Hava
reyslərinin bir çox ölkələrlə yenidən bərpası gəlmə turizminin də
dirçəlməsinə təkan verib.

“Regionlarda fəaliyyət göstərən hotellərin qiyməti ötən ilə
nisbətdə çox da dəyişməyib. Buna baxmayaraq vətəndaşlarımızın
bəziləri hotellərdə bahalıqdan gileylənir. Bəzi vətəndaşlar hesab
edir ki, xaricdə istirahət etmək ölkədə istirahət etməkdən ucuz
başa gəlir. Təəssüf ki, belə hallara rast gəlirik. Ancaq nəzərə
almaq lazımdır ki, vətəndaşlarımız bölgələrdə istirahətə
yollanarkən daha çox beşulduzlu hotellərə üstünlük verirlər. Belə
hotellərin də hər şəraiti olmaqla yanaşı öz satış siyasətləri var.
Ölkəmizdə hotellərə alternativ yerləşmə vasitələri tikilməlidir.
Bura qonaq evləri, kempinqlərin yaradılması, kiçik hotellərin
tikilməsi kimi işlər daxildir. Bunların sayı artsa, qiymət seçimi
geniş olacaq. Hava reyslərinin bir çox ölkələrlə yenidən bərpası
gəlmə turizminin də dirçəlməsinə səbəb olub”,- S.Dübəndi qeyd
edib.

S.Dübəndi deyib ki, ölkəmizdə yay turizmi gec başlanır.

“Yay turizminin tez başlanması üçün nəqliyyat məsələləri
tənzimlənməli, xarici turistlərə vizaların verilməsi və yerləmə
vasitələri ilə bağlı işlər tənzimlənməlidir. Əsas səbəblərdən biri
də abituriyentlərdir. Belə ki, abituriyentlərin çoxunun ailəsi ali
məktəblərə imtahan verən övladlarının nəticələrini gözləyir.
Beləliklə yay istirahətinə tez başlamaq olmur”,- deyə o
bildirib.

Leave A Reply

Your email address will not be published.