Respublika Uşaq Sanatoriyasında şəhid ailələri üçün sanator-kurort və bərpa-müalicə xidmətləri təşkil olunur (FOTO)

0 2

Bakı. Trend:

Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin
əsas prioritet istiqamətlərindəndir.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə,Azərbaycanın
qəhrəman oğulları dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi altında 44 gün ərzində tariximizin ən şərəfli
səhifələrindən birini yazdılar. Qələbəni şəhidlərimizin qanı, eyni
zamanda, əsgər və qazilərimizin döyüşlərdə böyük fədakarlığı
hesabına qazandıq. Şəhid ailələrinin övladlarına qayğı və xidmət
göstərmək hər zaman mənəvi borcumuzdur.

Səhiyyə Nazirliyi mütəmadi olaraq şəhid övladlarına və onların
analarına sanator-kurort və bərpa-müalicə xidmətlərini təşkil
edir.

Növbəti belə bir aksiya Buzovna qəsəbəsində yerləşən Respublika
Uşaq Sanatoriyasında həyata keçirilir.

Ongünlük sanator-kurort və bərpa-müalicə xidmətlərindən 28 nəfər
(18 uşaq və 10 ana) yararlanır.

Respublika Uşaq Sanatoriyasında onlar həkim müayinələrindən
keçir və fizioterapiya müalicələri, maqnit terapiyası,
elektrostimulyasiya, elektrofarez, fonoforez, müalicəvi bədən
tərbiyəsi, inqalyasiya, massaj, naftalan müalicələrini qəbul
edirlər.

Eyni zamanda, istirahətlərini səmərəli və effektiv keçirməkləri
üçün müxtəlif növ əyləncə tədbirləri və ekskursiyalar təşkil
olunur.


Xəbərlər və yeniliklər

Respublika Uşaq Sanatoriyasında şəhid ailələri üçün
sanator-kurort və bərpa-müalicə xidmətləri təşkil olunur

Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin
əsas prioritet istiqamətlərindəndir. Azərbaycanın qəhrəman oğulları
dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında
44 gün ərzində tariximizin ən şərəfli səhifələrindən birini
yazdılar. Qələbəni şəhidlərimizin qanı, eyni zamanda, əsgər və
qazilərimizin döyüşlərdə böyük fədakarlığı hesabına qazandıq. Şəhid
ailələrinin övladlarına qayğı və xidmət göstərmək hər zaman mənəvi
borcumuzdur.
Səhiyyə Nazirliyi mütəmadi olaraq şəhid övladlarına və onların
analarına sanator-kurort və bərpa-müalicə xidmətlərini təşkil
edir.

Növbəti belə bir aksiya Buzovna qəsəbəsində yerləşən Respublika
Uşaq Sanatoriyasında həyata keçirilir.

Ongünlük sanator-kurort və bərpa-müalicə xidmətlərindən 28 nəfər
(18 uşaq və 10 ana) yararlanır.

Leave A Reply

Your email address will not be published.