Rusiyada eniş zamanı sərnişin təyyarəsinin şassisi yanıb

0 5

Bakı. Trend:

Rusiyanın İrkutsk şəhərinin hava limanında eniş zamanı An-24
təyyarəsinin şassisi yanıb.

Trend-in
məlumatına görə, bu barədə Şərqi Sibir Nəqliyyat Prokurorluğu
bildirib.

Qeyd olunur ki, insident zamanı təyyarədə 38 sərnişin olub.
Sərnişin və heyət üzvləri arasında xəsart alanların olmadığı
deyilir.

Məlumata əsasən, təyyarə eniş edərkən şassi ilişib və sürətli
sürtünmə nəticəsində təkərlər yanmağa başlayıb.

Təyyarəni təhlükəsiz şəkildə endirmək mümkün olub.

Leave A Reply

Your email address will not be published.