Sabah 38 dərəcəyədək isti olacaq

0 2

Bakı. Trend:

İyunun 22-də Bakıda və Abşeron yarımadasında hava şəraiti
dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal-qərb
küləyi gündüz saatlarından arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Abşeron
yarımadasında gecə 20-23° isti, gündüz 30-35°, bəzi yerlərdə 37°
isti, Bakıda gecə 21-23° isti, gündüz 34-36° isti olacaq. Atmosfer
təzyiqi 749 mm civə sütunundan 746 mm civə sütununa enəcək. Nisbi
rütubət 40-50 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz
bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış
yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir
güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda
gecə 8-13° isti, gündüz 18-23° isti olacaq.

Leave A Reply

Your email address will not be published.