Şahdağ Milli Parkında daha bir zubr balası doğulub (FOTO)

0 7

Bakı. Trend:

İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və
WWF-in Azərbaycan ofisi tərəfindən həyata keçirilən zubrların
reintroduksiya layihəsi çərçivəsində Azərbaycana gətirilən
zubrlardan daha birinin balası dünyaya gəlib.

Bunu Trend-ə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi
Arzu Babayeva bildirib.

O qeyd edib ki, artıq zubr balalarının sayı 6-ya çatıb. Bu,
dünyaya gələn ikinci dişi fərddir. Bu da heyvanların
populyasiyasının artımına müsbət töhfə verəcək. Bala sağlamdır,
yerli şəraitə uyğunlaşaraq sürüyə qoşulub.

Xidmət rəsmisinin sözlərinə görə, İDEA İctimai Birliyi ilə
Şahdağ Milli Parkı arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən,
nəsli kəsilmiş zubrların bərpası, onların ölkə təbiətinə
reintroduksiya olunması və artırılması məqsədilə 2019-cu ilin
mayında Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə
Avropadan 12 baş, 2020-ci ildə isə daha 5 baş zubr gətirilərək
təbiətə buraxılmışdı.

Leave A Reply

Your email address will not be published.