Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri əlaqələrimizin inkişafına güclü təkan verəcək

0 4

Bakı. Trend:

Heydər Əliyevin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün
bərpa edilməsi, Cənubi Qafqazda möhkəm sülhün və sabitliyin
bərqərar olması idi. Azərbaycan Prezidenti hörmətli İlham Heydər
oğlu Əliyev tarixi ədaləti bərpa edərək bu arzunu uğurla həyata
keçirdi.

Trend xəbər verir ki, bu fikirləri Özbəkistan Prezidenti Şavkat
Mirziyoyev Daşkənddə Heydər Əliyev Meydanının açılış mərasimindəki
çıxışında söyləyib.

“Bütün bu illər ərzində Özbəkistan beynəlxalq hüquq əsasında
Azərbaycanın ərazi bütövlüyü mövqeyində möhkəm dayanıb. Biz mümkün
olan hər yerdə bu barədə danışmışıq, həmişə bunu qətiyyətlə və sərt
şəkildə dəstəkləmişik”, – deyən Özbəkistan Prezidenti bu Qələbə
münasibətilə qardaş Azərbaycan xalqını özbək xalqı adından və
şəxsən öz adımdan bir daha təbrik edib.

Son illərdə birgə səylər sayəsində Özbəkistan ilə Azərbaycan
arasında münasibətlərin yüksək strateji tərəfdaşlıq səviyyəsinə
çatdığını, konkret məzmun kəsb etdiyini vurğulayan Prezident Şavkat
Mirziyoyev deyib: “Hörmətli İlham Heydər oğlu, Sizə, xüsusən
ölkələrimiz arasında əməkdaşlığın hərtərəfli möhkəmlənməsinə şəxsi
diqqətinizə görə xüsusi minnətdarlığımı bildirmək istərdim. Əminəm
ki, Sizin dövlət səfəriniz qarşılıqlı faydalı əlaqələrimizin daha
da inkişafına yeni güclü təkan verəcək”.

Leave A Reply

Your email address will not be published.