Şavkat Mirziyoyev: Özbəkistan beynəlxalq hüquq əsasında Azərbaycanın ərazi bütövlüyü mövqeyində möhkəm dayanıb

0 4

Bakı. Trend:

Bütün bu illər ərzində Özbəkistan beynəlxalq hüquq əsasında
Azərbaycanın ərazi bütövlüyü mövqeyində möhkəm dayanıb.


Trend
xəbər verir ki, bunu Prezident İlham Əliyevin Özbəkistana
dövlət səfəri çərçivəsində Daşkənddə Heydər Əliyev Meydanının
açılış mərasimində çıxışı zamanı Özbəkistan Prezidenti Şavkat
Mirziyoyev deyib.

Özbəkistan Prezidenti bildirib:

“Biz mümkün olan hər yerdə bu barədə danışmışıq, həmişə bunu
qətiyyətlə və sərt şəkildə dəstəkləmişik. Bu Qələbə münasibətilə
qardaş Azərbaycan xalqını özbək xalqı adından və şəxsən öz adımdan
bir daha səmimi qəlbdən təbrik edirəm.

Heydər Əliyevin fəaliyyətini, onun sanballı şəxsiyyətini və
böyük irsini dünyanın müxtəlif ölkələrinin görkəmli siyasətçiləri
və ictimai xadimləri yüksək qiymətləndirirlər.

Hörmətli mərasim iştirakçıları, bizim ölkələrimiz arasında
dostluq münasibətlərinin, iki xalqın tarixi əlaqələrinin inkişafına
və möhkəmlənməsinə Heydər Əliyevin böyük töhfəsini xüsusi qeyd
etmək istərdim. Onunla Özbəkistanın rəhbərləri Şərəf Rəşidoviç
Rəşidov, daha sonra İslam Abduqəniyeviç Kərimov arasında etimada
əsaslanan səmimi münasibətlər yaranmışdı. Bizim liderlər arasında
dostluq iki ölkənin və iki qardaş xalqın sıx qarşılıqlı əlaqə
saxlamasına, fəal mübadilələri, o cümlədən humanitar mübadilələri
inkişaf etdirməsinə imkan verib. Azərbaycan xalqının Ümummilli
Lideri özbək xalqına həmişə böyük hörmətlə yanaşırdı. Hərtərəfli
savadlı və əsl ziyalı insan olan Heydər Əliyev bizim tariximizə,
mədəniyyətimizə və ənənələrimizə səmimi heyranlığını bildirirdi.
Məsələn, 1996-cı ildə Daşkənddə olarkən, Heydər Əliyev Teymurilər
Tarixi Muzeyini ziyarət edərək Fəxri qonaqlar kitabında yazdığı
qeyddə xüsusi olaraq vurğulamışdı: “Əmir Teymurun xidmətlərinə,
onun tarixi irsinə qayğıkeş, hörmətli münasibətə görə Özbəkistan
xalqı çox sağ olsun”. Bu, yüksək mənəviyyat və müdriklik
təzahürüdür”.

Leave A Reply

Your email address will not be published.