Şavkat Mirziyoyev: Özbəkistan ilə Azərbaycanın münasibətləri yüksək strateji tərəfdaşlıq səviyyəsinə çatıb

0 4

Bakı. Trend:

Son illərdə Özbəkistan ilə Azərbaycanın münasibətləri yüksək
strateji tərəfdaşlıq səviyyəsinə çatıb.


Trend
xəbər verir ki, bunu Prezident İlham Əliyevin Özbəkistana
dövlət səfəri çərçivəsində Daşkənddə Heydər Əliyev Meydanının
açılış mərasimində çıxışı zamanı Özbəkistan Prezidenti Şavkat
Mirziyoyev deyib.

Özbəkistan Prezidenti bildirib:

– Son illərdə bizim birgə səylərimiz sayəsində Özbəkistan ilə
Azərbaycanın münasibətləri yüksək strateji tərəfdaşlıq səviyyəsinə
çatıb, konkret məzmun kəsb edib. Hörmətli İlham Heydər oğlu, Sizə,
xüsusən ölkələrimiz arasında əməkdaşlığın hərtərəfli
möhkəmlənməsinə şəxsi diqqətinizə görə xüsusi minnətdarlığımı
bildirmək istərdim. Əminəm ki, Sizin dövlət səfəriniz qarşılıqlı
faydalı əlaqələrimizin daha da inkişafına yeni güclü təkan
verəcək.

Əziz dostlar, bu gün Azərbaycanın Ümummilli Liderinin xoş adını
xatırlayaraq, böyük özbək şairi Həmid Alimcanın sözlərini sitat
gətirmək istəyirəm: “İnsanın xatirəsi yaşadıqca, o da yaşayır”.
Əminəm ki, bu sözlər həm Özbəkistanda, həm də Azərbaycanda qəbul
edilir. Əminəm ki, dahi insana və vətənpərvərə, qurucu şəxsiyyətə,
bu gün həm Azərbaycanda, həm də Özbəkistanda gənclərin örnək hesab
etdiyi Heydər Əlirza oğlu Əliyevə həsr edilmiş bu memorial kompleks
ölkələrimizin və xalqlarımızın sarsılmaz dostluğunun parlaq simvolu
olacaq, bizim doğma Özbəkistanın sakinləri və qonaqları üçün
ziyarətgaha çevriləcək. Bir daha səmimi minnətdarlığımı bildirmək
istəyirəm. Biz bu səfərə çoxdan hazırlaşırdıq. Obyektiv səbəblər
olub, pandemiya olub. Demək istəyirəm ki, İlham Heydər oğlu
pandemiyadan sonra ilk rəsmi səfərini məhz Özbəkistana edir. Bu,
çox rəmzi məna daşıyır. Bir daha demək istəyirəm: “Özbəkistana xoş
gəlmisiniz”.

Leave A Reply

Your email address will not be published.