Türkiyə Macarıstana polad ixracını 50 faizdən çox artırıb

0 5

Bakı. Trend:

Türkiyə 2022-ci ilin yanvar-may aylarında Macarıstana polad
ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 52,9 faiz artıraraq 20
milyon dollara çatdırıb.

Trend-in məlumatına görə, bu
barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən
bildirilib.

May ayında Türkiyə Macarıstana polad ixracını 2021-ci ilin eyni
ayı ilə müqayisədə 59,4 faiz artıraraq 4 milyon dollara
çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-may aylarında Türkiyənin ümumi
polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 34,6 faiz artaraq
9,6 milyard dollara bərabər olub.

Bu ilin may ayında Türkiyə 1,9 milyard dollar məbləğində polad
ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 11 faiz
çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (may 2021-may 2022) Türkiyə
24,8 milyard dollar məbləğində polad ixrac edib.

Leave A Reply

Your email address will not be published.